Müəllimlərin işə qəbulu ilə bağlı bu NƏTİCƏLƏR LƏĞV EDİLDİ

Hazırda oxunan: Müəllimlərin işə qəbulu ilə bağlı bu NƏTİCƏLƏR LƏĞV EDİLDİ

84817

Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb.

Bizim.Media xəbər verir ki, təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.

Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil İnstitutundan ədalətli QƏRAR – Müəllimlərə təkrar imtahana icazə veriləcək


Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.

Təkrar imtahanın keçirilmə tarixi, yeri və digər detalları haqda ətraflı məlumat yaxın zamanda paylaşılacaq!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin