Sarkisyan jurnalistin mikrofonunu oğurladı – VİDEO

Hazırda oxunan: Sarkisyan jurnalistin mikrofonunu oğurladı – VİDEO

8479

44 günlük savaşda ermənilərin məğlubiyyətə uğraması onların ordusunu, iqtisadiyyatını laxladan kimi ictimai-siyasi həyatlarında da dərin böhran yaradıb.

Bizim.Media erməni mətnuatına istinadən xəbər verir ki, Ermənistanda növbəti biabırçılığın müəllifi “Mənim addımım” fraksiyasının deputatı Ayk Sarkisyandır. 
 

MÖVZU İLƏ BAĞLI:

Döyülən erməni spiker jurnalistlərin suallarına cavab vermədi – VİDEO


Onun jurnalistlərin sualına cavbab verməməsi bir yana, reportyorlarla kobud davranması da lentə alınıb. Erməni cəmiyyətində mübahisə və etirazlara səbəb isə, Ermənistan parlamentinin deputatının ona sual ünvanlayan jurnalistin əlindən mikrofonu almasıdır. 

Bu azmış kimi, “Yerevan Today”in müxbirindən mikrofonu qapan Ayk Sarkisyan otağına girir və qapını media mənsublarının üzünə çırpır. 

Buradan belə qənaətə gəlmək olar ki, deputatlığı ilə Ermənistan uğursuzluqlarının qarşısını ala bilməyən, təzə qoyun qapıya baxan kimi məğlub baş nazirlərinin çıxışına tamaşa edən Sarkisyan iş yerini dəyişmək istəyir. Erməni məmurlarında belə bir sindrom yaşanmaqdadır – “onsuz da suallara cavab verə bilmirik, ən yaxşısı, sual verən müxbir olaq”. 

Ermənistan deputatlarının jurnalistika eşqi də təsadüfi deyil. Belə ki, özlərinə kumir hesab etdikləri Paşinyan da baş nazirliyə müxbirlikdən gəlib. 

Həm də oğurlamaq ermənilərə qan yaddaşı ilə keçən bir xüsusiyyətdir. Özlərinin heç nəyi olmayanlar ondan-bundan qapmaqla yaşayırlar.

Erməni məmurunun media mənsubuna kobud rəftarının görüntülərini təqdim edirik:

Anar Rəhimov, Bizim.Media

 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin