Dünya Bankının Azərbaycanın 2022-ci il büdcəsi ilə bağlı PROQNOZU   

Hazırda oxunan: Dünya Bankının Azərbaycanın 2022-ci il büdcəsi ilə bağlı PROQNOZU   

84772

Azərbaycanın 2022-ci il büdcəsinin gəlirləri nominal ifadədə 8,8% artacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Dünya Bankının (DB) Azərbaycanla bağlı “Monthly Economic Update” hesabatının iyul sayında bildirilib.  

Bildirilib ki, hökumət neftin baza qiymətini bir barel üçün 50 ABŞ dollarından 85 ABŞ dollarına artırıb. Bunun nəticəsində neft şirkətlərindən vergi daxilolmalarının daha yüksək olacağı proqnozlaşdırılır. Qeyri-enerji sahəsində aktivliyin artması fonunda vergi daxilolmalarında da artım gözlənilir.

Gəlirlərin artımı fonunda Azərbaycan Dövlət Neft Fondundan transfertlərin 9,4 % azaldılması nəzərdə tutulur. Qeyd edilib ki, büdcə xərcləri 8,1% artıb.   

Xərclərin artımının yarıdan çoxu yenidənqurma işləri ilə əlaqədar dövlət investisiyalarına, qalan hissəsi isə müdafiə, sosial müdafiə və ərzaq təhlükəsizliyi tədbirlərinə yönəldiləcək.

"Dürüstləşmiş büdcənin kəsiri isə 2022-ci ildə ÜDM-in 2,7 %-i səviyyəsində proqnozlaşdırılır", - deyə DB-dən əlavə edilib.
Bundan əlavə, 2022-ci ilin may ayında inflyasiyanın 0,7% artdığı, eyni zamanda müvafiq dövrdə iqtisadi artımın 7,2% bəndində stabilləşdiyi qeyd olunub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin