İtaliyanın Baş naziri Mario Draqi öz vəzifəsindən istefa verdiyini elan edib.
Bizm.Media “reuters”ə istinadən xəbər verir ki, M.Draqi bu qərarı koalisiya tərəfdaşları olan 3 partiyanın - “5 Ulduz Hərəkatı”, “İrəli İtaliya” və “Lega” partiyalarının üzvlərinin iyulun 20-də İtaliya Senatında hökumətlə bağlı keçirilən etimad səsverməsində iştirak etməməsindən sonra qəbul edib.
Baş nazirin istefa ərizəsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etməsi gözlənilir.
Xatırladaq ki, Mario Draqinin başçılıq etdiyi geniş iştiraklı koalisiya hökuməti COVID-19 epidemiyasının yaratdığı sağlamlıq və iqtisadi böhran şəraitində milli birlik hökuməti olaraq 2021-ci il fevralın 13-də qurulmuşdu. Bu hökuməti İtaliya parlamentində təmsil olunan 10 siyasi partiya dəstəkləmişdi.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:06 / 21.07.2022
İtaliyanın Baş naziri istefa verdi
Hazırda oxunan: İtaliyanın Baş naziri istefa verdi
Hazırda oxunan: İtaliyanın Baş naziri istefa verdi
84720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.