Xəbər verdiyimiz kimi, İsrailin Azərbaycandakı səfiri Corc Dik “Bu yaxınlarda oxumağa başladığım bu möhtəşəm “Təbrizin sehrli nağılları” kitabından Təbrizdə Azərbaycan tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm” yazmaqla Tvitter səhifəsində paylaşım edib.
Bizim.Media xəbər verir ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi onun tvitinə cavab verib.
“Bu macəraçı oğlan üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək.
Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, - deyə A.Musəvi qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
İsrail səfirinin Təbriz PAYLAŞIMI - FOTO
Xatırladaq ki, bu, İsrail və İran səfirlikləri arasında baş verən birinci insident deyil. Bu il fevralın 17-də İran səfirliyi səhvən İsrail səfiri Corc Dikin tvitini bəyənib. İsrailli diplomat isə İran səfirliyinə məsxərə ilə təşəkkürünü bildirib.
Bizim.Media