Atəşkəsin pozulması barədə erməni dezinformasiyasının İKİ ƏSAS SƏBƏBİ

Hazırda oxunan: Atəşkəsin pozulması barədə erməni dezinformasiyasının İKİ ƏSAS SƏBƏBİ

8469

“Atəşkəsin pozulması halları üzərində Ermənistanın yenidən hərbi əməliyyatlara başlaması ilə bağlı ciddi planlarının olduğunu güman etmirəm. Çünki 44 günlük müharibədə biz Ermənistana elə bir ölümcül zərbə endirmişik ki, onlar bəlkə də hələ 25 il özlərinə gələ bilməyəcəklər. Yeri gəlmişkən, erməni saytlarında dərc olunmuş məlumatlarda göstərilir ki, bu müharibə Ermənistana təxminən 34.8 milyard ABŞ dolları məbləğində ziyan vurub.”

Bu fikirləri Bizim.Media ilə söhbəti zamanı politoloq Elşən Manafov səsləndirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan Ermənistana 38 milyard dollar ziyan vurmaqda günahlandırılır


O, erməni ekspertlərinə istinadən digər bir faktı da qeyd etdi ki, təkcə Kəlbəcərdəki Zod qızıl mədənlərinin ermənilərin əlindən çıxması İrəvan üçün 8 milyard ABŞ dolları itirmək deməkdir. 

“Bu anlamda təbii ki, Ermənistanda nə qədər revanşist dairələr olsa da, onların Azərbaycanla ciddi müharibəyə başlamaq kimi planı ola bilməz. Həm də məsələyə Rusiya prezidentinin münasibəti kontekstindən yanaşsaq, İrəvanın növbəti savaşa başlamaq cəhdi intihara bərabər bir məsələdir.”

Politoloqun fikrincə, atəşkəsin Azərbaycan tərəfindən pozulması ilə bağlı yayılan dezinformasiyaların məqsədi başqadır:

“Moskvada Ermənistan baş nazirinin verdiyi açıqlamalara diqqət yetirsək, İrəvan çalışır ki, Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələr davam etsin. Bu mənada həmin zonada münaqişənin qalması Ermənistanın dövlət maraqlarına cavab verir. İrəvan istəyir ki, proseslərin həlli məsələsini ATƏT-in Minsk qrupunun nəzarətinə qaytarsın. Çünki Rusiya liderinin sərgilədiyi mövqe Ermənistanı qane etmir. Digər tərəfdən Rusiyanın hadisələrə müdaxiləsi Ermənistanın dövlət olaraq yoxa çıxmasının qarşısını aldı. Ermənilər bunu etiraf etməlidirlər.”

Elşən Manafovun sözlərinə görə, İrəvan bütün bu məsələlərdə Parisin dəstəyinə də ehtiyac duyur:
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya ermənilərin iddialarını təkzib etdi - Qarabağda atəşkəs pozulmayıb


“Eyni zamanda, nəzərə alsaq ki, ABŞ-da hakimiyyətə gələn şəxs qlobalistlərin nümayəndəsi Baydendir. Co Bayden 1992-ci ildə Azərbaycana qarşı tətbiq edilən 907 nömrəli düzəlişin həmmüəlliflərindəndir.” 

Qeyd edək ki, adıçəkilən düzəliş ilk dəfə Ermənistanın blokadasını dayandırmaq üçün senator Con Makkeyn tərəfindən irəli sürülüb.

Ermənipərəst düzəlişi ən fəal dəstəkləyənlər arasında Con Kerri və Cozef Baydenin də adları var. Düzəlişdə deyilir ki, Azərbaycan Hökuməti Ermənistana və “Dağlıq Qarabağ”a qarşı blokada və digər güc tətbiqini aradan qaldırılmasa, bu haqda Konqresə məruzə edilməsə, Bakıya ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz. 

2001-ci il 11 sentyabr hadisələrindən sonra ABŞ beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanla hərbi əməkdaşlıqda maraqlı olduğunu rəsmi şəkildə bəyan etdi. 907-ci düzəliş isə, rəsmi hərbi əmakdaşlığın yaradılmasını qadağan edirdi.

Sadalanan faktlara görə, politoloq Elşən Manafov bu aralar ermənilərin daha çox qərbyönümlü siyasət aparmasını məhz ABŞ-da Baydenin prezident seçilməsi ilə də əlaqəndirdi. 

Ermənilərin yaydığı feyk xəbərlərin mahiyyəti mövzusuna qayıdan Elşən Manafov dedi ki, Paşinyanın əsir düşən qanunsuz erməni silahlılarını azad etməklə vətəndaşların qarşısında günahlarını qismən yumaq istəyir. Lakin onlar terrorçudurlar, 5 vətəndaşımızın qətlində iştirak ediblər və qanunvericiliyə görə, onların geri qaytarılması mümkün deyil. 

“Belə yalan informasiyaların yayılması Paşinyanı baş nazir postunda saxlamaq üçün Ermənistanın daxili auditoriyasına hesablanıb. Nikolun istefasını yubatmaqla yanaşı həm də İrəvan əvvəlki müttəfiqlərini ATƏT-in Minsk qrupu şəklində prosesə cəlb etmək istəyir. Həm daxili, həm də xarici faktorlar var”,- deyə politoloq fikrini yekunlaşdırdı.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin