Pakistanın Xarici İşlər Nazirliyində Azərbaycan və Pakistan nümayəndə heyətləri arasında görüş keçirilib.
Bizim.Media-nın xəbərinə görə, bu barədə Pakistan XİN məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov Pakistanda mühüm görüş keçirdi - FOTO
Pakistanın XİN rəhbəri Mahdum Şah Mahmud Qureşi Azərbaycanla oxşar dini, mədəni dəyərlər əsasında dərin qardaş münasibətlərinin olduğunu deyib.
O, ərazilərimizin Ermənistanın qanunsuz işğalından azad edilməsi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq aləmdə Pakistanın aydın mövqe sərgilədiyini əlavə edib.
Pakistanlı nazir Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək istəyini dilə gətirib.
Danışıqlar zamanı təhsil, mədəniyyət, texnologiya daxil olmaqla iki ölkə arasında iqtisadi-ticarət, müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin müxtəlif aspektləri müzakirə edilib.
Tərəflər quru və hava əlaqələrini genişləndirmək barədə razılığa gəliblər.
Bizim.Media