Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatların icrasını MÜZAKİRƏ ETDİ

Hazırda oxunan: Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatların icrasını MÜZAKİRƏ ETDİ

84631

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, XİN rəhbərləri ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb.

Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin