Azərbaycanlı tələbə Banqladeşdə su ÇƏKDİRDİ - FOTO

Hazırda oxunan: Azərbaycanlı tələbə Banqladeşdə su ÇƏKDİRDİ - FOTO

84608

Rusiyada yaşayan azərbaycanlı tələbə xeyriyyəçilik edərək nümunəvi addım atıb. 
Stavrapol vilayətində ailəsi ilə birgə yaşayan 22 yaşlı Maral Mirzəyeva tələbə təqaüdü ilə yığdığı pula Banqladeşdə su çəkdirib. Hansı ki, həmin ərazidə əhalinin uzun müddət içməli suya ehtiyacı olub. 

Bizim.Media-ya bu barədə açıqlama verən Maral Mirzəyevanın sözlərinə görə bu məsələdə ona “Yeni həyat” adlı fondun rəhbəri Çeçenistanlı ailə vasitəçilik və köməklik edib:

“Çarəsizlərə, kimsəsiz və köməyə möhtacı olanlara əl tutmaq istəyirdim. Tanıdığım çeçenistanlı ailə ilə söhbətləşəndə belə bir təşəbbüs irəli sürdü. Mən də savab qazanmaq, həm də Banqladeşdə içməli suya etiyacı olan insanlara yardım etmək üçün su çəkdirməyə razılaşdım. Orada daim yağış yağır və palçıq olurdu. İnsanlar içməli su sarıdan əziyyət çəkirdi. Könüllülərin də iştirakı ilə işlər iki həftə sürdü və çox gözəl əmələ imza atdıq”.

Maral Mirzəyeva qeyd edib ki, Banqladeşdə quyu qazdırmaq və içməlu su çəkdirmək üçün 50 min rubl (1500 manat) xərçi çıxıb və həmin pulu vasitəçinin kartına ödəyib. İndi Banqladeş əhalisi azərbaycanlı qıza içməli suya görə hər gün dua edir. 

Tələbə onu da əlavə edib ki, Qurban bayramı ərəfəsində etdiyi savabı ənənəyə çevirəcək. Növbəti dəfə Afrikanın su olmayan ərazilərindən birində  belə bir təşəbbüsü reallaşdıracaq. 

Alçina Amilqızı, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin