Xidmət rəisi: ''43 dövlətlə müxtəlif sazişlər üzərində iş gedir''

Hazırda oxunan: Xidmət rəisi: ''43 dövlətlə müxtəlif sazişlər üzərində iş gedir''

8457

“Ötən il qanunvericiliyə əsas dəyişikliklərdən biri də xarici ölkə vətəndaşlığını qəbul edən şəxslərlə bağlıdır. Əvvəl Azərbaycan vətəndaşı olan şəxs 1 ay müddətində xəbər vermədikdə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu, dəyişiklikdən sonra cinayət məsuliyyəti aradan qaldırılıb”.

Bizim.Media-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair onlayn mətbuat konfransında deyib.

Xidmtə rəisinin sözlərinə görə, hazırda 43 dövlətlə müxtəlif sazişlərin hazırlanması üzərində iş gedir: 

''Ötən il Türkmənistan və Azərbaycan arasında miqrasiya prosesləri ilə bağlı saziş imzalanıb. Türkiyə ilə vizanın götürülməsinə dair saziş əsasında 13 avqustdan Türkiyə vətəndaşları vizasız 90 gün müddətinə ölkədə qala bilər''.

''Eyni zamanda, hazırda sərt karantin rejimində olduğumuz üçün kənarda olan şəxslərin müraciəti məhdudlaşdırılıb. Daimi yaşayış üçün imtahanlar ötən il müəyyən müddətə dayandırıldı. Hazırda imtahanlar keçirilmir, əcnəbilərə Azərbaycan dili kursları da müəyyən müddətdə onlayn qaydada keçirildi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin