Prezidentin xüsusi nümayəndəsi: "Zəngilanın kəndlərinin layihələri hazırlanır"

Hazırda oxunan: Prezidentin xüsusi nümayəndəsi: "Zəngilanın kəndlərinin layihələri hazırlanır"

84504

“Hazırda tikilən dəmiryol xətti, avtomobil yolu, o cümlədən tikintisi bu ilin sentyabrında başa çatacaq Zəngilan Beynəlxalq Hava Limanı Zəngəzur dəhlizinin bir hissəsidir”.

Bizim.Media xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, dəmiryol xətti, avtomobil yolu və Zəngilan Beynəlxalq Hava Limanının tikinti sürətlə davam etdirilir:

“Hazırda Zəngilanda infrastruktur layihələri, sosial layihələr, o cümlədən kənd təsərrüfatı ilə bağlı kifayət qədər layihələr həyata keçirilməkdədir. O cümlədən Zəngilanın digər kəndlərinin konsepsiyası və layihələri hazırlanır”.
Qeyd edək ki, Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksindən başlayıb. Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin