Rusiya Müdafiə Nazirliyinin yalanları üzə çıxdı

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyinin yalanları üzə çıxdı

84492

Vinnitsada ölən 25 nəfər arasında Ukrayna Silahlı Qüvvələrinin yalnız üç zabiti var.

Bizim.Media xəbər verir ki, bu barədə Mediazona saytı yazıb.

Mənbə qeyd edir ki, bunlar 40 yaşlı zabit Konstantin Puzırenko, polkovniklər - Oleq Makarçuk və Dmitri Burdikodur. 

Onların vəfatı barədə məlumatı doğma şəhərlərinin mediası, sosial şəbəkələrdəki qohumları, eləcə də qurbanlardan birinin təhsil aldığı Minsk Suvorov məktəbinin saytı yayıb.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Vinnitsadakı zabitlərin evinə zərbələr endirib. Həmin vaxt burada Ukrayna hərbçiləri və xarici silah tədarükçüləri arasında görüş olub.

Vinnitsa hücumundan sonra hərbçilərdən daha çox dinc sakin həlak olub. Ölənlər arasında üç uşaq da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin