Azərbaycanda gənclərin nikaha daxil olma yaşı artıb. 30 illik statistikaya əsasən son göstəricilər artıq narahatlıq verir. Hazırda nikaha daxil olan qadınların orta yaşı 25,2, kişilərdə isə 30-dur.
Bəs, evliliyə marağın sönməsində səbəb nədir?
Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudov mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşüb. Onun sözlərinə görə, səbəb maddiyyat, ən əsası isə ev məsələsi ilə bağlıdır:
“Əvvəllər gənclər qaynana-qaynata ilə birlikdə yaşamağa razı idilərsə, bugünkü gün nə oğlanlar, nə qızlar buna razı olmurlar. Hər kəs özü ayrıca yeni bir həyata başlamaq istəyir. Çünki gənclər də rahat, azad yaşamaq istəyirlər. Amma hazırda elə bir zamana gəlib çıxmışıq ki, həm qızlar, həm də oğlanlar avropasayağı qaydalarla yaşamağa başlayıblar.
Buna görə də evliliyə ehtiyac görmürlər. Yenə də gənclərin öz şəxsi işləridir, kimsə buna qarışa bilməz mən də həmçinin. Cəmiyyətimizdə bundan da böyük problemlər var”, - deyə R.Mahmudov qeyd edib.
Əslində bu adi insanın anlayacağı dildən qabardılan sosial problemdir. Bəzi ekspertlər isə bunu bir neçə səbəblə əlaqələndirirlər. Hazırda dünyada başqa trend dəbdədir. Ailə institutu deyilən bir məfhum məhv olmaq üzrədir. Qərbdən üzü bəri gələn bu ideologiya son illərdə Şərq ölkələrini də öz ağuşuna alıb. Ailəsiz cəmiyyətlər isə mühafizəkarlıqdan uzaq olur, onların itirməyə az şeyləri olduğundan digər hislər, Vətən, dövlət anlayışları da deformasiyaya uğrayır.
Bu cür cəmiyyətləri idarə etmək isə asanlaşır. Bu baxımdan kanspirologiya var ki, proses müəyyən beyin mərkəzləri tərəfindən idarə olunur. Nəticədə dəyərlər kütləşir, amorf toplumlar meydana çıxır.
Bu cür fikrin formalaşmasında başqa bir amil də var. Bəzi alimlərin hesablamasına görə, Yer kürəsi qida ehtiyyatı baxımından əhali sayını qarşılamağa qadir deyil. Ailəsiz cəmiyyətlərdə isə artım tempi istər-istəməz aşağı düşür. Heç kim təkbaşına övlad məsuliyyətini üzərinə götürmək istəmir.
Ona görə də ən çoxu bir uşaqlı analar və qayğısız kişilər mühiti formalaşır. Amma məsələnin fəaləkətli tərəfi dəyərlərini itirmiş cəmiyyətdə alınan nəticədir.
Zaman ötdükcə ozünü qoruma instiktini itirmiş bir çox millət və toplumlar məhv olub sıradan çıxır. Müharibəsiz şəkildə bir-birinə qarışmış, dəyərlərin miks formatı olan xalq meydana gələcək. Dominant ölkələr isə belə bir xalqın idarə edilməsini təmin edəcək.
İşğalçılığın yeni təzahürü olan bu format sonunda bəşəriyyəti fəlakətə aparacaq.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 20.07.2022
Gənclər niyə ailə həyatı qurmaqdan qorxur? – Təbii instiktin əvəzlənməsi, şüurun yuyulması PROSESİ
Hazırda oxunan: Gənclər niyə ailə həyatı qurmaqdan qorxur? – Təbii instiktin əvəzlənməsi, şüurun yuyulması PROSESİ
Hazırda oxunan: Gənclər niyə ailə həyatı qurmaqdan qorxur? – Təbii instiktin əvəzlənməsi, şüurun yuyulması PROSESİ
84481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.