İcbari tibbi sığortaya keçən özəl tibb müəssisələrinin adları açıqlanıb - SİYAHI

Hazırda oxunan: İcbari tibbi sığortaya keçən özəl tibb müəssisələrinin adları açıqlanıb - SİYAHI

84466

Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 69-a qədər artırılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib. 

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir.

Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər.
TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir.

Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. 

Vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır. 

Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (//its.gov.az/) yerləşdirilib.
Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. 

1. Bakı Sağlamlıq Mərkəzi 

2. Mərkəzi Klinik Xəstəxana 

3. Caspian International Hospital 

4. Respublika Diaqnostika Mərkəzi 

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 

6. Gəncə Beynəlxalq Xəstəxanası 

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 

8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 

9. Zəfəran hospital 

10. EGE Hospital 

11. Sumqayıt Hospital 

12. Avrasiya Hospital 

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 

14. Leyla Medical Center 

15. Badam Medical Center 

16. Lor Hospital 

17. Məlhəm Beynəlxalq Hospital 

18. “OKİ” Hospital (Qusar rayonu) 

19. Oksigen Klinik Xəstəxanası 

20. Diaqnoz Tibb Mərkəzi 

21. Baku City Hospital 

22. Mediland Hospital 

23. Medera Hospital 

24. Stimul Hospital 

25. Medistyle Hospital 

26. Batıgöz Medical Plaza 

27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 

28. İstanbul NS klinikası 

29. Olimp Hospital 

30. Kəpəz Hospital 

31.Salam Doktor 

32. Bioloji Təbabət Klinikası (Masallı rayonu) 

33. Real Hospital 

34. Turan Hospital 

35. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial) 

36. Dünyagöz 

37. Regional Hospital (Mingəçevir şəhəri) 

38. Səhhət Azərbaycan-Almaniya Klinikası 

39. Spero Hospital (Dobromed) 

40. Milan Hospital 

41. Referans Qəbələ Tibb Mərkəzi 

42. Celamig Göz Klinikası 

43. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filialı) 

44. Funda Hospital 

45. Fonus Eşitmə Mərkəzi 

46. Bona Dea Beynəlxalq Hospital 

47. Unikal Klinika (Sumqayıt şəhəri) 

48. İstanbul Klinika 

49. Liman Klinika (Sumqayıt şəhəri) 

50. Briz-L Göz Klinikası 

51. MasMedical Center Referans (Masallı rayonu) 

52. Premium Clinic 

53. Bakı Göz Klinikası 

55. Asmed Klinikası 

55. Amana Clinic 

56. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı 

57. Modern Hospital 

58. Xəzər Klinikası 

59. Mərkəzi Gömrük Hospitalı 

60. Tovuz Tibb Mərkəzi 

61. Medican Hospital (Lənkəran rayonu) 

62. İnci Laboratoriyaları 

63. Sədəf Müalicə-Diaqnostika Mərkəzi 

64. Memorial Klinik 

65. N.Tusi adına Klinika 

66. “Muğan Klinika” Tibbi Diaqnostika Mərkəzi (Sabirabad rayonu) 

67. Loğman Klinika 

68. National Prime Hospital 

69. Sağlam Həyat (Gəncə şəhəri) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin