Şəkidə nə baş verir? - 2 gündə 200-dən çox sakin xəstəxanaya düşüb

Hazırda oxunan: Şəkidə nə baş verir? - 2 gündə 200-dən çox sakin xəstəxanaya düşüb

84446

Şəkinin Yeni Çələbixan qəsəbəsində son iki gün ərazində 200-dən yuxarı sakin həkimə müraciət edib. 

Bizim.Media xəbər verir ki, bu barədə APA.az-a Şəkinin Yeni Çələbixan qəsəbəsinin həkimi Xatirə Əhmədova məlumat verib.

Həkimin sözlərinə görə, ötən gündən başlayaraq bu saatlara qədər qəsəbənin 200-dən yuxarı sakini qusma, mədə sancıları və ishal əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına və Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Rayon Mərkəzi Xəstəxanasının nəzdindəki tibb məntəqəsinə müraciət ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Şəkidə xəstəxanaya düşən 58 nəfər evə buraxıldı – YENİLƏNİB  


“Müraciət edənlərin çox hissəsi uşaqlar və yeniyetmələrdi. Onların arasında ağırlaşma halları yoxdur. Müraciət edənlərə lazımi yardım göstərildikdən sonra evə buraxılıblar”, - o deyib.

Yeni Çələbixan qəsəbəsində sakinlər arasında baş verən kütləvi mənşəyi məlum olmayan xəstəliklə bağlı DİN-nin Şəki Regional Qrupunun rəhbəri Mahir Məsimov münasibət bildirib. 

Onun sözlərinə görə, gecə saatlarında müvafiq qurumlar qəsəbədə olub. Lazımi zəruri tədbirlər aparıb. Analiz üçün müvafiq nümunələr götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin