Şəhid ailələri və müharibə əlillərinə daha 500 mənzil və fərdi EV VERİLƏCƏK - FOTO

Hazırda oxunan: Şəhid ailələri və müharibə əlillərinə daha 500 mənzil və fərdi EV VERİLƏCƏK - FOTO

84402

Bu ilin avqust-sentyabr aylarında daha 500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, bu il üçün 1 500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulur. Cari ilin ilk altı ayında artıq 600 mənzil təqdim olunub.
S.Babayev 44 günlük Vətən müharibəsindən sonra 3600, ümumiyyətlə ötən dövrdə 12500-dən çox mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verildiyini deyib.

“Ümumilikdə postmüharibə dövründə 100 mindən artıq şəhid ailəsi üzvü və müharibə iştirakçısına 193 min sosial dəstək xidməti göstərilib”, - deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin