Rəqsanə tənqid olunan VİDEOSUNDAN DANIŞDI: "Ərim qayda-qanuna riayyət edir" - VİDEO

Hazırda oxunan: Rəqsanə tənqid olunan VİDEOSUNDAN DANIŞDI: "Ərim qayda-qanuna riayyət edir" - VİDEO

84338

Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılovanın sosial şəbəkə hesabında paylaşdığı videoda sükan arxasında əyləşən həyat yoldaşı Fazil Əmiraslanovun qucağında saxladığı oğlu Məhəmməd Əlinin əks olunması müzakirə predmetinə çevrilib. İzləyicilər Rəqsanə ilə həyat yoldaşının övladlarını bu cür təhlükəyə atmasına tənqid dolu şərhlər yazıblar.

Bizim.Media xəbər verir ki, hazırda Moskvada olan Rəqsanə İsmayılova sözügedən görüntülərə sosial şəbəkə hesabında açdığı canlı yayım vasitəsi ilə aydınlıq gətirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəqsanə əri ilə övladını TƏHLÜKƏYƏ ATDI - ANBAAN VİDEO


Sənətçi bildirib ki, həmin video oğlu Məhəmməd Əliyə həsr olunan klip çəkilişi zamanı lentə alınıb.

"Yazıblar ki, Rəqsanənin həyat yoldaşı qayda pozub. "Qanun qarşısında boynumuz qıldan incədir" məsəli var. Dünən klip çəkilişində idik. Elə o videonu da çəkiliş zamanı lentə alıb, paylaşmışam. Fazil Rusiya vətəndaşıdır. OŞ kommunist kimidir. Məndən fərqli olaraq Fazil bütün qayda-qanuna riayyət edir", - deyə Rəqsanə İsmayılova bildirib.

Qeyd edək ki, iş adamı Fazil Əmiraslanovla evli olan R.İsmayılovanın bir neçə il əvvəl əkizləri doğulub. Onlardan biri dünyasını dəyişib. Müğənninin hazırda Aysun, Yağmur, Mehrimah adlı qızları və Muhammed adlı 4 övladı var.

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin