Avropa Komissiyası Prezidentinin Azərbaycana səfəri başa çatdı

Hazırda oxunan: Avropa Komissiyası Prezidentinin Azərbaycana səfəri başa çatdı

84305

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri iyulun 18-də başa çatıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Avropa Komissiyasının Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. 

Ursula Fon der Lyayeni Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər yola saldılar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin