“Qarabağ”ın qalib gəlmə ŞANSLARI – Sabahkı oyun haqqında PROQNOZ 

Hazırda oxunan: “Qarabağ”ın qalib gəlmə ŞANSLARI – Sabahkı oyun haqqında PROQNOZ 

84301

““Sürix” hücuma daha çox meyilli komandadır və müdafiədə stabil oynamır. Bu da qonaq komandanı əks hücumlarda yaxalamaq baxımından “Qarabağ”ın xeyrinədir. Bir neçə gün  əvvəl start götürən İsveçrə çempionatında “Sürix” komandası “Young Boys” komandasına 0:4 hesabı ilə məğlub oldu. Bu onu göstərir ki, “Sürix” müdafiəsini tam olaraq formalaşdıra bilməyib”.

Bizim.Media-ya sabah Tofiq Bəhramov adına Respublika Stadionunda  baş tutacaq “Qarabağ- Sürix” oyunu haqqında verdiyi açıqlamada bu fikirləri səsləndirən idman jurnalisti İlkin Xəlilov, Sürix komandasının müdafiəsində boşluqlar olduğundan əmindir.
 

MÖVZU İLƏ BAĞLI:

"Sürix" futbolçuları Bakı küçələrində - VİDEO


Azərbaycan çempionu “Qarabağ”ı real qələbədən heç bir faktorun ayırmadığını söyləyən ekspert “Qarabağ”ın qalib olacağı hesabın praqnozunu da verib:

“Bakıda doğma azarkeşlər qarşısında oynamaqdan əlavə, əminəm ki, mövcud hava şəraiti də, “Qarabağ”ın xeyrinə olacaq. İnanıram ki, bu oyunda qələbə məhz “Qarabağ”a nəsib olacaq, ən azı 2:1 və ya 3:1hesabı ilə qələbə qazanacaq”.

Komandanın yeni transferi haqqında da, danışan idman eksperti “Qarabağ”ın son transferini uğurlu hesab edib:

“Komandadan futbolçuların getməsi və gəlməsi təbii prosesdir. Dünən “Qarbağ”  Braziliya əsilli yarımmüdafiəçi Julio Romaonu transfer etdi. Bu yeni transfer əminəm ki, komandaya həm müdafiə, həm də hücum istiqamətində müsbət mənada təsir göstərəcək.

“Lex”lə ilk oyunda komandada yarımmüdafiədə boşluqlar olduğu sezilirdi və bu baxımdan Julionun “Qarabağ”a transferi yerində atılan bir addım idi. Portuqaliya çempionatının super liqasında oynayan bir futbolçu olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, bu “Qarabağ” üçün faydalı bir transfer olacaq”.

Qarabağın yay hazırlığına da, toxunan idman jurnalisti əlavə etdi ki, Qarabağın əsas uğuru onun komanda olaraq qələbəyə köklənməsidir:

““Lex”ə qarşı oyun göstərdi ki, “Qarabağ” yay hazırlığını yüksək səviyyədə keçirib. Bundan əlavə konadanın əsas uğuru onun komanda olaraq oynamağa istiqamətləndirilməsidir. Bu amil futbolda ən incə məqamlardan biridir ki, çox məşqçilər qələbə üçün əsas faktorlardan biri kimi bunu unudurlar.

Bəzən məşqçi daha istedadlı oyunçuları önə çəkərək oyunu onların üzərində qurur və bu isə digər oyunçularda ruh düşkünlüyü yaradır. Belə hallarda oyunda hər hansı uğursuz bir məqamla qarşılaşanda, oyunçular bir-birini iddiham etməyə və məsuliyyətdən yayınmağa çalışırlar.
Qurban Qurbanov isə komandada birliyi elə qurub ki, oyunçular əvvəldən sonadək komanda oyunu oynayırlar. Birləşərək hücum etmək, məyus olamadan sona kimi mübarizə aparması isə “Qarabağ”ı  rəqibləri üçün  bəzən ən qorxululu bir yuxuya çevirir. Lex kimi qarşı tərəfdə biraz arxayınlıq yarandıqda isə ard-arda açılan qol hesabları rəqibi biabırçı məğlubiyyətə düçar edir”.

Leyla, Şah Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin