"Biz təbii qazın istehsalına da önəm verəcəyik. Bərpaolunan enerjidən istifadə daha çox qaz ixrac etməyimizə imkan verəcək".
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Aİ arasında Memorandum imzalandı - VİDEO
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, Azərbaycanın bu sahədəki səyləri Avropa İttifaqı tərəfindən də dəstəklənib.
“Bugünkü memorandum əməkdaşlığın gələcəyi üçün yol xəritəsi rolunu oynayır. Nəzərə alsaq ki, indiyə qədər nələri planlaşdırmışdıqsa, onlara da nail olmuşuq, gələcək planlarımıza da müvəffəq olacağıq”, - deyə dövlətimizin başçısı bildirib.
Bizim.Media