"Biz bu gün qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında çox məhsuldar müzakirələr apardıq".
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula fon der Lyayen ilə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatla çıxış ediblər
Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayan dövlətimizin başçısı deyib:
“Bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var”.
Bizim.Media