Yanvarın 13-də saat 11 radələrində Bərdə rayon sakini 1960-cı il təvəllüdlü Ocaqverdiyev Əliyar Hidayət oğlunun işğaldan azad edilmiş ərazilərimizdə işləyən zaman tank əleyhinə minaya düşərək çoxsaylı bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media-ya Baş prokurorluqdan verilən məlumata görə, hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb.
Müyyən edilib ki, 54 saylı Xocalı yol idarəsinin əməkdaşı Əliyar Ocaqverdiyev Tərtər rayonunun işğalban azad edilmiş Suqovuşan və Talış kəndləri ərazisindən keçən su kanalının üzərindəki körpüdə yol çəkilməsi işlərini görən zaman idarə etdiyi “LUİGONG B-160” markalı buldozer ilə tank əleyhinə minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alı.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:14 / 14.01.2021
Yol idarəsinin əməkdaşı minaya düşdü
Hazırda oxunan: Yol idarəsinin əməkdaşı minaya düşdü
Hazırda oxunan: Yol idarəsinin əməkdaşı minaya düşdü
8428
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.