Mədəniyyət Nazirliyi Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllim vəzifəsinə işə qəbul olmaq istəyən şəxslər üçün test imtahanı keçirəcək.
DİM-dən Bizim.Media-ya bildirilib ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu imtahanı 7 avqust 2022-ci il tarixində keçiriləcək.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet saytında bu gün 17:00-dan 28 iyul saat 17:00-dək həyata keçiriləcək.
Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları, müsabiqə şərtləri və test mərhələsi üzrə proqramla tanış ola ve imtahanda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:28 / 18.07.2022
Musiqi məktəblərinə müəllim qəbulu başlayır
Hazırda oxunan: Musiqi məktəblərinə müəllim qəbulu başlayır
Hazırda oxunan: Musiqi məktəblərinə müəllim qəbulu başlayır
84248
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.