Avropa İttifaqı ilə anlaşma memorandumu ölkəmiz üçün nə vəd edir? – ŞƏRH 

Hazırda oxunan: Avropa İttifaqı ilə anlaşma memorandumu ölkəmiz üçün nə vəd edir? – ŞƏRH 

84243

Xəbər verdiyimiz kimi, bu gün Avropa Komissiyanın sədri Ursula von der Leyen və Aİ-nin enerji üzrə komissarı Kadri Simson Azərbaycana səfər edəcəklər.

Səfər çərçivəsində Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirmək üçün memorandum imzalanacaq.

Bəs, Aİ ilə enerji əməkdaşlığı Azərbayacana nə qazandıracaq?

Sualı Bizim.Media üçün cavablayan millət vəkili Vüqar Bayramov qeyd edib ki, enerji memoranumunun imzalanması ilə bağlı gözləntilər Avropanın enerji təhlükəsizliyinin formalaşması və burada Azərbaycanın rolunun artırılması baxımından vacibdir:
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclasının VAXTI


“Eyni zamanda memorandum Azərbaycan üçün Avropaya daha çox enerji məhsullarının iracına imkan verir. Nəticə etıbarilə, Avropa Azərbaycandan daha çox enerji almaqla, bu sahədə idxalı şaxələndirə biləcək.

Bu tərəflər arasında qarşılıqlı etimadın olması anlamına da gəlir. Çünki Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Aİ-lə ticarət dövriyyəsi illik olaraq 9 milyard dollardır. Eyni zamanda Aİ-nin Cənubi Qafqazla ticarət dövriyəsinin 75%-i məhz Azərbaycanın payına düşür”.

Deputatın sözlərinə görə, yeni memorandumun imzalanması birmənalı olaraq tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, xüsusən də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırmaqla yanaşı, həm də geosiyasi mövqeyinin güclənməsinə şərait yaradacaq.

Qeyd edək ki, Azərbaycandan Avropaya təbii qaz nəql edən Trans Adriatik Boru Kəməri (TAP) son günlər maksimum gücünə çatıb. Sutkada 33 milyon kubmetr, yəni ildə orta hesabla 12 milyard kubmetr təbii qaz verilir.
Yeni memorandumla bağlı Aİ rəsmisi Kadri Simsonsa bildirib ki, anlaşma memorandumu Ukraynadakı müharibədən sonra Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir:

“Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla, kommersiya məqsədəuyğunluğu və bazar tələbi əsasında 2027-ci ilə qədər hər il azı 20 milyard kubmetr təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin