Media və sosial şəbəkə səhifələrində Lənkəran şəhərində məktəbli qıza qarşı fiziki zorakılıq törədilməsi ilə bağlı məlumat yayılıb. Ombudsman Aparatı tərəfindən məsələ ilə bağlı dərhal qızın ailəsi və aidiyyəti qurumlarla əlaqə saxlanılaraq ilkin araşdırma aparılıb.
Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah edib.
Görüş zamanı qızın anasının fikirləri dinlənilib, məsələyə dair, həmçinin uşağın psixoloji durumunun nəzarətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilib, uşağın hüquqlarının müdafiəsi istiqamətində Ombudsman tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib. Eyni zamanda, psixoloq tərəfindən uşağın fərdi-psixoloji xüsusiyyətləri qiymətləndirilib, ona psixoloji yardım göstərilib.
Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:33 / 18.07.2022
Ombudsman Lənkəranda zorakılığa məruz qalan məktəbli və anası ilə görüşdü
Hazırda oxunan: Ombudsman Lənkəranda zorakılığa məruz qalan məktəbli və anası ilə görüşdü
Hazırda oxunan: Ombudsman Lənkəranda zorakılığa məruz qalan məktəbli və anası ilə görüşdü
84236
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.