75 illik evli cütlük son nəfəslərini eyni yataqda verdi

Hazırda oxunan: 75 illik evli cütlük son nÉ™fÉ™slÉ™rini eyni yataqda verdi

84202

 Moderator.az ın verdiyi xÉ™bÉ™rÉ™ görÉ™, ABÅž-ın Kaliforniya É™yalÉ™tindÉ™ 75 illik evli cütlüyün son arzusu gerçək oldu. Cütlük, son nÉ™fÉ™slÉ™rini 24 saat arayla eyni yataqda verib.

Ailələri Polşadan ABŞ-a köç edən Jeanette və Alexander Toczko cütlükləri hələ səkkiz yaşında "münasibətə" başlayıb. O yaşdan sonra bir daha heç ayrılmayan cütlük,1940-cı ildə evlənib və beş uşaq sahibi olub.

Döyüş qazisi olan 95 yaşındakı Alexander Toczko bir neçə həftə əvvəl yıxılıb və onbası qırıldığı üçün yatağa məhkum olub. Sağlamlığı kritik bir hal alan yaşlı adamın xüsusi bir yataqda yatması lazım gəlib. Cütlük, 75 illik evliliklərində ilk dəfə yataqlarını ayırmaq məcburiyyətində qalııb.

Həmin vaxt Jeanettenin də xəstəliyi irəliləyib və o da yatağa məhkum olub..

Sağlamlığını get gedə itirən Toczko cütlükləri uşaqlarına son istəklərinin eyni yataqda yatıb, bir-birlərinin qollarında ölmək olduğunu söyləyiblər.

Vəziyyəti ağırlaşan cütlüyün son anlarını qızları Aimee, İngilis Daily Mail qəzetinə müsahibəsində danışıb. Atası 17 iyunda evindəki yatağında son nəfəsini verincə Aimee, yanında yatan anasına "onu itirdik" deyib.

Aimee sonra yaşanan duyğusal anları belə izah edib: "Anam atamı qucaqladı və 'Bax istədiyin oldu. Mənim qollarımda öldün və səni çox sevirəm. Səni çox sevirəm, məni gözlə, yaxında yanında olacağam' dedi."

Aradan 24 saat belə keçmədən 96 yaşındakı Jeanette Toczko da eyni yataqda həyatını itirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin