Röyanın stilisti olmuş Orxan Seyidovu qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA 

Hazırda oxunan: Röyanın stilisti olmuş Orxan Seyidovu qətlə yetirən şəxs MƏHKƏMƏ QARŞISINDA 

84191

Bakıda stilisti qətlə yetiməkdə təqsirləndirilən Pərviz Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı iyulun 26-na təyin edilib. 

İttihama görə, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda qeydə alınıb. 

1988-ci il təvəllüdlü Orxan Seyidov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı 1999-cu il təvəllüdlü Pərviz Həsənov tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirərək qətlə yetirib. 

İstintaq orqanı tərəfindən Pərviz Həsənovun barəsində Cinayət Məcələssinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 
Qeyd edək ki, Orxan Seyidov stilist kimi fəaliyyət göstərib. 

Eldar Məmmədli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin