Ünvanlı dövlət sosial yardımların orta aylıq məbləği 35 faiz artıb

Hazırda oxunan: Ünvanlı dövlət sosial yardımların orta aylıq məbləği 35 faiz artıb

84175

Ölkəmizdə digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımların məbləği də artmaqda davam edir.

Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, bu ilin birinci yarımilində ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 35 faiz artaraq 347 manata çatıb.

Qeyd edək ki, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi də ötən ilki 170 manatdan bu il 200 manata çatdırılıb.

Hazırda 40 min ailə üzrə 173 min nəfər ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin