Bu gün, iyulun 17-də Kermanşah əyalətində valilik binasının önünə toplaşan təqaüdçülər ölkədə ağır dolanışıq vəziyyətinə, bahalığa və təqaüd haqlarının az olmasına etiraz əlaməti kimi yolda boş süfrə açıblar.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri “Azad İran” Telegram kanalı yayıb.
Mənbə yazır ki, onlar "Nə Məclis, nə də dövlət xalqı düşünür" və "ölüm olsun Rəisiyə!" kimi anti-hökumət şüarları səsləndiriblər.
Bizim.Media