Türkiyədən qaçqın düşərgəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Türkiyədən qaçqın düşərgəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

84048

Türkiyə heç bir başqa ölkə üçün qaçqın düşərgəsi kimi xidmət etməyəcək və heç bir halda üçüncü ölkələrin beynəlxalq öhdəliklərini üzərinə götürməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç deyib.

Müvafiq açıqlama Britaniya mətbuatında baş nazir postuna namizədlərdən biri olan Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Ruanda ilə bağlanan sığınacaq sahəsində tərəfdaşlıq müqaviləsinə bənzər bir razılaşmanın imzalamasını Türkiyədən tələb edə biləcəyi ilə bağlı xəbərlərin yayılmasından sonra verilib.

"Ümid edirik ki, Liz Trassa istinadən dərc olunan bu ifadələr həqiqətə uyğun deyil", - deyə T.Bilgiç bildirib.

Onun sözlərinə görə, Türkiyənin üçüncü ölkələrin tələbi ilə sığınacaq hüququ ilə bağlı beynəlxalq normalara uyğun olmayan təşəbbüsün bir hissəsi olmasından söhbət gedə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin