Azərbaycanda koronavirusa qarşı peyvəndləmə könüllü olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Koronavirusa qarşı ilk kimlər peyvəndlənəcək? - TƏBİB açıqladı
Qeyd olunub ki, peyvənd olunmaq istəyən vətəndaşların istifadəsində elektron qəbula yazılmaq üçün (randevu) sistemi olacaq.
"Bu sistem vasitəsilə onlar peyvənd olunmaq üçün yaşayış yerlərinə ən yaxın tibb məntəqəsini və uyğun saatı seçmək imkanı əldə edəcəklər", - məlumatda bildirilib.
Məlumata görə, vaksinasiya könüllülük prinsipinə əsaslandığı üçün imtina olunacağı təqdirdə hər hansı inzibati tədbirin həyata keçirilməsi nəzərdə tutulmayıb.
Bizim.Media