“Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən, bu gün havada dispers toz hissəcikləri Bakının Nizami rayonunda 1.5, Səbail rayonunda 1.4, Xətai rayonunda isə 1,6 dəfə normadan çox olub”.
Bizim.Media xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir:
“Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır. Küləkli hava şəraiti günün sonunadək davam edəcək. İyulun 17-si axşam saatlarından yenidən şimal küləyinin arabir güclənəcəyi ilə əlaqədar havada tozun miqdarının normadan çox olacağı və 19-u axşamadək davam edəcəyi gözlənilir”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:54 / 15.07.2022
Toz dumanı nə vaxtadək davam edəcək?
Hazırda oxunan: Toz dumanı nə vaxtadək davam edəcək?
Hazırda oxunan: Toz dumanı nə vaxtadək davam edəcək?
83829
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.