Paşinyan Moskvada Azərbaycanın qələbəsini təsdiq etdi - TƏHLİL

Hazırda oxunan: Paşinyan Moskvada Azərbaycanın qələbəsini təsdiq etdi - TƏHLİL

8382

Nikol Paşinyanın Moskvaya səfəri ərəfəsi siyasi elmlər doktoru Vaqe Davtyan Ermənistan KİV-ə vrdiyi müsahibədə vurğulamışdı ki, 2021-ci il ölkə üçün “Böyük Depressiya”nın başlanğıcı olacaq. Çıxış yolu “davakar səriştəsizlər”in hakimiyyətdən getməsindən ibarətdir.

Moskvada isə erməni baş nazirin gələcəyinə tam əminlik yox idi. Çünki bir sıra erməni radikalı N.Paşinyanın təyyarəsini mühasirəyə alacaqları ilə hədələyirdilər. Lakin Nikol uçdu.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan üçtərəfli görüşə çantasında nə gətirmişdi? – EKSPERT RƏYİ


Jurnalistlərin üçtərəfli görüşün ən kiçik detallarına belə maraq göstərməsi əsassız deyildi:

hərəkətlər və jestlərdən siyasi nəticələr çıxarmaq üçün fürsət yarandığını düşünürdülər. Xüsusilə, savaşdan sonra qaliblə məğlubun görüşü maraqlı idi.

KİV yazdı ki, İ.Əliyevlə N.Paşinyan əl verib görüşmədilər, sadəcə uzaqdan salamlaşdılar. Ancaq Azərbaycan Prezidenti daha ifadəli salam verdi, Paşinyan isə küsmüş uşaq kimi başını tərpətdi.

Görüşün təşəbbüskarı V.Putin bilirdi ki, müharibədən sonra  ilk təmas o qədər də asan olmayacaq. Odur ki, danışıqlarda münasibətləri inkişaf etdirmək üçün konkret addımlar atılmalıydı. Dörd saata yaxın müzakirələrdən sonra mikrofon qarşısına çıxan liderlər aldıqları nəticəni bəyan etdilər. 3 bənddən ibarət bəyannamədə kommunikasiyaların açılması məsələsi ifadə edilir. Tərəflər bununla bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yeirməyə söz verirlər.

Sənəddə siyasi və geosiyasi xarakterli heç bir bənd yoxdur. Ekspertlər üçün məsələnin bu tərəfi prinsipial əhəmiyyət daşıyır.

Qənaət belədir ki, Rusiya prezidenti Azərbaycanla Ermənistan arasında sosial, iqtisadi, nəqliyyat və s. əlaqələri blokdan çıxarıb, konkret proqramları yerinə yetirmək səviyyəsinə gətirməklə siyasi və geosiyasi dəyişikliklərə də real əsas yaratmağa çalışır. Azərbaycan və Türkiyə də bunu dəstəkləyir. 

Prezident İlham Əliyev çıxşında regionun inkişafından, kommunikasiya xətlərinin açılması zərurətindən, Naxçıvana dəhlizdən, Türkiyə ilə birbaşa dəmiryolu xəttinin yaradılmasından və bunun regionun bütün dövlətləri üçün faydalı olacağından bəhs etdi. Bütün bunlara görə, münaqişənin artıq geridə qaldığını vurğuladı. Optimist və konstruktiv mövqe!

Nikol Paşinyan isə əksinə, Ermənistanın hələ də XX əsrin 90-cı illərində qaldığını nümayiş etdirdi. “Münaqişə həll edilməyib”, “status müəyyən olunmalıdır”, “əsirlər tam dəyişdirilməlidir” kimi cümlələr qurdu. Özü gərgin idi, əlini yanlarına sürtürdü. 

KİV bu çıxışların məntiqindən və məzmunundan nəticələr çıxarır. Azərbaycan qalib duruşunu, konstruktiv yanaşmasını və əməkdaşlığa istiqamətlənmiş fəaliyyətini davam etdirir. 
Dağlıq Qarabağ münaqişəsi bir hərbi qarşıdurma kimi artıq keçmişdə qalıb. 

Bundan sonra qurmaq-yaratmaq, regionun bütün ölkələri arasında əlaqələri inkişaf etdirmək gərəkdir. Bu, sülh yoludur.

Ermənistan isə hiss olunur ki, hələ də köhnə xülyasından əl çəkmək istəmir. Ermənilər daha çox revanş haqqında düşünürlər. Onlar hələ də tam anlamayıblar ki, başqa dövlətin torpağını işğal edənin revanşı ola bilməz. Beynəlxalq hüquq var, real güclər var və müstəqil Azərbaycan var! 

Sərhədlər toxunulmazdır. Ermənilər isə hələ də özlərindən “dövlət qondarırlar”, ora səfərlər təşkil edirlər (Azərbaycanın icazəsi olmadan). Hesab edirlər ki, bu yolla real nəyəsə nail ola bilərlər. 

Lakin gedişat göstərir ki, ermənilər Qarabağda adi Azəbaycan vətəndaşları kimi yaşaya bilərlər – onlara heç bir xüsusi status verilməməlidir və verilməyəcək. 

Rusiya KİV-i yazır ki, N.Paşinyanı bəyanatı imzalamağa məcbur ediblər. O, müqavimət göstərə bilməyərək razılaşmalı olub. 

Bu, məğlubiyyəti etirafın konkret əlamətidir. N.Paşinyan V.Putin və İ.Əliyevin heç bir arqumentinə əksarqument qoya bilməyib. Bu o deməkdir ki, münaqişə doğurdan arxada qalıb və rəsmi İrəvan yeni şərtləri qəbul etməyə məhkumdur. Yəni, Paşinyan Moskvaya Azərbaycanın qələbəsini təsdiq etməyə getmişdi.

Həmin şərtlərin mərkəzində isə belə bir tezis dayanır: “Azərbaycan azad etdiyi Qarabağa tam hakim olacaq!”

Füzuli Qurbanov, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin