Korotçenko: “Xerson, Xarkov, Odessa və Nikolayev Rusiya əraziləridir” - VİDEO

Hazırda oxunan: Korotçenko: “Xerson, Xarkov, Odessa və Nikolayev Rusiya əraziləridir” - VİDEO

83795

“Biz hücum etmirik, müdafiə olunuruq. Ona görə ki, biz təcavüzə məruz qalmışıq. Biz öz torpaqlarımız qoruyuruq. Ukraynaya hücum olunmur, qədim rus torpaqlarına hücum olur. Çünki, Xerson vilayəti də, Xarkov vilayəti də, Odessa və Nikolayev də Rusiyanın əraziləridir. Ona görə də hücuma məruz qalan Rusiyadır”.

Bizim.Media xəbər verir ki, bu sensasion fikirləri tanınmış politoloq, hərbi eksperti, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko “Rossiya” televiziyasının canlı efirindən səsləndirib.

Politoloq onu da əlavə edib ki, “Ukraynanın hücumlarının qarşısını almaq üçün radikal addımlar atılmalıdır.

Qərbin Ukraynaya hərbi yardımının qarşısını almaq üçün Polşadan və Rumıniyadan gələn bütün dəmir yollarını və aparıcı məntəqələri raket zərbələri ilə məhv etməliyik”. 
Həmin videonu təqdim edirik:

Surxay Atakişiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin