Niyə keçmiş filmləri dəfələrlə izləməkdən yorulmuruq? – Rejissor səbəbləri AÇIQLADI

Hazırda oxunan: Niyə keçmiş filmləri dəfələrlə izləməkdən yorulmuruq? – Rejissor səbəbləri AÇIQLADI

83713

Demək olar ki, hamımızın dəfələrlə izləməkdən yorulmadığı və hər dəfə eyni həzzlə izlədiyi filmlər var. Lakin elə filmlər də var ki, əksəriyyətimiz hər dəfə televiziyada yayılandıqda, yaxud hər hansı frqamentləri sosial şəbəkələrdə qarşımıza çıxdıqda ilk dəfəki maraqla ona tamaşa etməkdən özümüzü saxlaya bilmirik.

Xüsusən də, köhnə Azərbaycan filmlərini bu kateqoriyaya aid edə bilərik. Maraqlıdır ki, hətta o dövrdə yaşamayan gənclər belə keçmiş filmlərimizi təkrar-təkrar izləyirlər. Son dövrlərdə çəkilən kinolara eyni formada izləyici marağının olduğunu deməksə çətindir.
Bəs, köhnə filmlərə bu cür marağın səbəbi nədir? Hansı faktorlar bizi həmin kinolar yayımlanarkən ekran qarşısına pərçimləməyi bacarır?

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən kinorejissor Elşən Məmmədovun qənaətinə görə, izləyici marağını sadəcə filmlərin keyfiyyəti ilə məhdudlaşdırmaq olmaz:

“Bu marağa təsir edən bir neçə faktor var. Xüsusən də, filmin özəyini təşki edən drammaturgiyanın rolu böyükdür. İkinci faktor isə rejissorların, aktyorların, filmin ərsəyə gəlməsində əziyyəti olan şəxslərin peşəkarlığıdır. 

Adətən təzə və ya köhnə kino anlayışlarından istifadə edirlər, amma filmin təzəsi köhnəsi olmur. Kino çəkildiyi tarixdən asılı olmayaraq kinodur, sadəcə zövqlər dəyişir. Amma bizim əvvəlki filmlərdə səmimiyyət var idi. Əgər səmimiyyət olmasa idi, həmin filmləri anlamaq çətin olardı. Milli düçüncə tərzi də var ki, həmin filmlərə baxan izləyici hansı yaş kateqoriyasına aid olmasından asılı olmayaraq, kinonu anlayır”.

Kinorejissor qeyd edib ki, sözügedən özəllik təkcə illər öncə lentə alınmış Azərbaycan filmlərinə və maraqsa Azərbaycan izləyicisinə xas deyil:

“Məsələn Çarli Çaplinin səssiz filmlərini misal göstərə bilərik. Orada nə səs, nə də dialoq yoxdur, sadəcə hərəkət və aktyor oyunları var. Lakin onu izləyən tamaşacı hansı millətdən olursa olsun, filmi anlayır. Çünki orda sənət var. Bizim filmlərimiz də bu cürdür.
Onlar o qədər yüksək səviyyədə çəkilib ki, xarici ölkə tamaşaçıları da həmin filmləri qəbul edir. Nəsimi filmi bütün dünyanı gəzib və bütün dünyada rəğbət qazanıb. Çünki milli düşüncə tərzi var. Xarici tamaşaçı izləyəndə Nəsiminin Azərbaycan filmi olduğunu anlayır”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin