“Minalardan təmizləmə işi prioritetlərə uyğun aparılır. İlk prioritet elektrik, kommunikasiya xətləri, yollardır. Sonra isə, məcburi köçkünlərin yerləşdiriləcəyi binalar, yaşayış evləri və ətrafı təmizlənəcək. Yəni Qarabağa qayıdan insanlar orada yaşayacaq, işləyəcək deyə əkin sahələri də daxil hər yerdə təhlükəsiz şərait yaradılmalıdır. Mümkün olduğu qədər ən qısa vaxtda biz işğaldan azad olunan torpaqları təmizləyib, təhvil verəcəyik”.
Bu sözləri Bizim.Media-ya ekslüziv açıqlamasında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) icraçı direktoru Qəzənfər Əhmədov dedi. ANAMA-nın icraçı direktoru əlavə etdi ki, “təmizləmə işləri illərlə uzanmayacaq. Çox qısa müddət ərzində həyata keçiriləcək.
Qəzənfər Əhmədov əlavə etdi ki, görülən işlərə rəğmən qanunsuz erməni silahlıları işğaldan azad olunan torpaqlara yenə mina basdırır.
“Oktyabr ayının ortalarından bu günə qədər 7 minə yaxın tank və piyada əleyhinə mina, 2 minə qədər partlamamış hərbi sursat və s. aşkarlanaraq zərərziləşdirilib. Mina təmizləmə prosesi səbr və işində dəqiqlik tələb edir. Çünki tələsmək və nəyisə diqqətdən qaçırtmaq sabah hansısa fəlakətə səbəb ola bilər. Ermənilər bəzi minaları daha dərinə basdırıb deyə bütün bunlar nəzərə alınmalıdır. Onların qurduğu partlayıcı tələləri də unutmaq olmaz. Bu günə qədər belə təhlükələri də tapıb, zərərsizləşdirmişik.”
ANAMA-dakı texnikaların ABŞ, Almaniya, Yaponiya kimi dövlətlərdə də istifadə olunduğunu deyən Qəzənfər Əhmədov əməliyyatların da beynəlxalq təcrübəyə uyğun aparıldığını qeyd etdi.
“Təhlükədən sığortlanmaq üçün minalardan təmizləmədə bir neçə üsuldan yararlanırıq. Bir daha təkrarlayıram ki, minalardan təmizləmə işləri çox qısa müddət ərzində yekunlaşacaq".
"Bundan başqa agentliyin maddi-texniki bazası genişləndiriləcək. İşçilərin sayı da artırılacaq.”
Təlimlərdən sonra yeni işçilərin də minadan təmizləməyə cəlb olunduğunu bildirən ANAMA-nın icraçı direktoru Qəzənfər Əhmədov bu prosesin davam etdiyini vurğuladı. O, sonda əlavə etdi ki, ANAMA-nın “Telegram” kanalı yaradılıb və agentliyin fəaliyyəti ilə bağlı son məlumatları oradan da əldə etmək olar.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:30 / 13.01.2021
Ermənilər işğaldan azad olunan torpaqlara yenidən mina basdırırlar – RƏSMİ
Hazırda oxunan: Ermənilər işğaldan azad olunan torpaqlara yenidən mina basdırırlar – RƏSMİ
Hazırda oxunan: Ermənilər işğaldan azad olunan torpaqlara yenidən mina basdırırlar – RƏSMİ
8371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.