Heydər Əliyev Müslüm Maqomayevi həbsdən necə qurtardı? - Maraqlı DETALLAR - VİDEO

Hazırda oxunan: Heydər Əliyev Müslüm Maqomayevi həbsdən necə qurtardı? - Maraqlı DETALLAR - VİDEO

83706

SSRİ Xalq artisti Müslüm Maqomayev Heydər Əliyevin onun həyatında oynadığı əvəzsiz rolu hər zaman çox böyük ehtiramla yad edirdi. Sonuncu dəfə, ölümündən 5-6 ay qabaq Ukraynalı jurnalist Dmitri Qordonla müsahibəsində danışır ki, ötən əsrin 70-ci illərində SSRİ-də ən çox sevilən və ən ali dövlət tədbirlərinə dəvət olunan 2 müğənnidən biri olub.

Lakin, onun bu şöhrətini qısqanan bir sıra adamlar, xüsusən də ermənilər Müslüm Maqomayevi fiziki cəhətdən məhv etmək istəyirdilər. Və bu antiinsani layihənin başında SSRİ-nin Mədəniyyət naziri Y.Furtsova dayanırdı.
Onun təşəbbüsü və göstərişi ilə 70-ci illərdə dahi sənətkara hətta cinayət işi açılmışdı. 

Məhz Heydər Əliyevin məsələyə müdaxiləsindən sonra Müslüm Moqamayev təqiblərdən və həbsdən qurtulur. 

Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyev Müslüm Moqamayevin hamisi və eyni zamanda pərəstişkarı olub.

Bizim.Media bu iki Böyük Azərbaycanlı haqqında maraqlı söhbəti təqdim edir:

Surxay Atakişiyev, Bizim.Media
 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin