Gürcüstan üçün tarixi imkan - Müharibədən qaçan İT mütəxəssisləri bu ölkədə qalacaqmı?

Hazırda oxunan: Gürcüstan üçün tarixi imkan - Müharibədən qaçan İT mütəxəssisləri bu ölkədə qalacaqmı?

83681

Rusiyanın Ukraynaya hücumu hər iki tərəfdən kütləvi beyin axınına səbəb olub. Gürcüstanda Rusiya, Ukrayna və Belarusdan olan 20 min İT mütəxəssisi var. Ölkə bu ixtisaslı işçi qüvvəsini əldə saxlaya biləcəkmi?

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" nəşri araşdırma aparıb.

Belə ki, Gürcüstan hökuməti bildirir ki, ölkədə Rusiya, Belarus və Ukraynadan olan 80 mindən çox mühacir yaşayır. 4 milyon əhalisi olan Gürcüstana Rusiyanın Ukraynanı işğalından sonra gələn 80 min nəfərin 30 mini müharibədən sonra ölkəsini tərk etmiş Rusiya vətəndaşlarıdır.
Bu 80 min nəfərin 20-25 mini adıçəkilən ölkələrdən qaçmış informatika mütəxəssisləridir.

Rusiyalı İT mütəxəssisləri internetə nəzarətin artması, beynəlxalq sanksiyaların iqtisadiyyata təzyiqləri və xarici şirkətlərin Rusiyanı tərk etməsi kimi səbəblərdən öz ölkələrini tərk edirlər.

Bu səbəbdən ölkələrini tərk etməli olan İT mütəxəssisləri Gürcüstan, Qazaxıstan, Türkiyə, BƏƏ və İsrail kimi onlara rahatlıqla viza verən ölkələrə mühacirət edirlər. Bu kütləvi miqrasiyanın tətikləyiciləri arasında əsas avadanlıqların təchizatı problemləri və xarici şirkətlərin ölkədən çıxarılması kimi ciddi problemlər var.

Bu gənc, təhsilli və maliyyə cəhətdən özlərini təmin edən istedadlı insanlar əslində Berlin, Lissabon və London kimi şəhərlərin sərvət xərclədiyi insanlardır. İT mütəxəssisləri bütün dünyada müştərilərlə uzaqdan, yəni distant işləyə bildikləri üçün Gürcüstanda qalırlar və bu ölkədə iqtisadi imkanlar və biznes mühitləri yaratmağı təmin edirlər.

Gürcüstan Mərkəzi Bankının keçmiş qubernatoru Giorgi Kadagidze bu barədə deyir:

“Bütün dünya bu insanları cəlb etmək yarışındadır. Biz Şərqin Portuqaliyası ola bilərik. Gürcüstan güclü maliyyə sektoru, çimərlikləri, dağları və mülayim iqlimi ilə özünü təhlükəsiz sığınacaq kimi tanıtmalıdır”.

Bir çox mühacirin viza problemini həll etdikdən sonra Gürcüstanı tərk edəcəyinə diqqət çəkən Kadagidze hökumətin bu insanları qalmağa razı sala biləcək bir mühit yaratmağa müvəffəq olmayacağını düşünür.
Gürcüstan müxalifəti isə hakimiyyətin Moskvanın “suyuna getdiyini” iddia edir. İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili isə bu iddiaların ədalətsiz və siyasi olduğunu düşünür. Gürcüstanlı nazir vurğulayır ki, kəşfiyyat bölmələri agentləri vasitəsilə rusları izləyir.

Davitaşvili şirkətlərə və sahibkarlara bank əməliyyatlarında kömək etmək üçün komanda yaratdıqlarını da bildirir.

Güman edilir ki, Gürcüstandakı Rusiya şirkətləri hökumətin bu hərəkətlərinə o qədər də fikir vermir. Onlar düşünürlər ki, bir çox ruslar vizasız daxil ola bildikləri üçün Gürcüstana üstünlük verirlər və lazımi sənədləri düzəldən kimi Gürcüstanı tərk edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin