İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

Hazırda oxunan: İnnovasiyalar Agentliyi və “500 Startups” şirkəti arasında müqavilə imzalandı

8365

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi və ABŞ-ın ən aparıcı vençur və akselerator şirkəti olan "500 Startups” arasında "Sahibkarlığın İnkişafı Sahəsində Əməkdaşlıq” üzrə memorandum və birgə fəaliyyətlə bağlı müqavilə imzalanıb.

Bizim.Media-nın məlumatına görə, pandemiya dövrünün tələblərinə uyğun olaraq keçirilən virtual imzalama mərasiminin moderatoru İnnovasiyalar Agentliyi və "500 Startups” şirkəti arasında imzalanacaq memorandumun mahiyyəti haqqında məlumat verib.

Müqaviləyə əsasən, "500 Startups” Azərbaycan startap ekosisteminin inkişafına yönləndirilmiş bir sıra xidmətlər göstərəcək, İnnovasiyalar Agentliyi ilə birgə akselerasiya proqramları və investisiya proqramlarını həyata keçirəcək.

İnnovasiyalar Agentliyinin idarə heyətinin sədri Tural Kərimli bu layihənin tək Azərbaycan innovasiya ekosistemi üçün deyil, bütün region üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Hazırda "500 Startups”ın akselerasiya proqramlarında 2 Azərbaycan startapının olduğunu bildirən şirkətin baş direktoru Kristina Tsai gələcəkdə onların sayının artacağına ümid etdiyini söyləyib. 

Qeyd edək ki, ABŞ-ın aparıcı akselerator və vençur şirkəti "500 Startups” qlobal akselerator kimi 75 ölkədə təmsil olunur.

2400-dən artıq startapa investisiya qoyan "500 Startups” şirkəti onları erkən inkişaf mərhələsindən dəstəkləyir və investisiya ilə təmin edir. Dünyanın 5 qitəsində 8 ofisi olan şirkətin missiyası sahibkarlıq vasitəsi ilə iqtisadiyyatı yüksəltməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin