Səidə OD PÜSKÜRDÜ: "Pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən “manıslar” – FOTO 

Hazırda oxunan: Səidə OD PÜSKÜRDÜ: "Pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən “manıslar” – FOTO 

83545

“Bayağı oxuyan “civilər” və “manıslar”. Siz Azərbaycanı sevmirsiniz. Sizi yalnız pul maraqlandırır. İnsanların haqqını yeyən, onların cibinə girib sərvətini mənimsəyən, kasıblığa, ölümə sürükləyən zalımlardan fərqiniz yoxdur”.  

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.  

Sənətçi bayağı ifaçıları sərt sözləri ilə yerdən yerə vurub.  

“Siz bayağı oxuyub sadəcə silahsız şəkildə insanların zövqünü zəhərləyib, ən asan yolla pul qazanırsınız. Azərbaycan musiqisinin düşmənləri sizsiniz. Bundan sonra sizi adınızla çağıracağam. Pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən “civilər” və “manıslar”- deyə, Səidə bildirib.  
Qeyd edək ki, bir müddət əvvəl Səidə Sultan “Məndən sonra gələn nəslin müğənniləri "rakada-çıkada", "nanay-nanay" oxuyurlar. Belə ifalar bizə nə verəcək?! Azərbaycan musiqisinə nə verəcək?! Əksinə, daha da pis günə qoyublar. Kənardan gələn qonaq Azərbaycanımın musiqisini dinləyəndə, şəxsən mən utanıram. Deyirəm ki, bunlara qulaq asmasa yaxşıdır” açıqlaması ilə gündəmi silkələmişdi.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin