Ağstafanın həbsdə olan sabiq başçısının oğluna vəzifə verildi

Hazırda oxunan: Ağstafanın həbsdə olan sabiq başçısının oğluna vəzifə verildi

8354

Baş prokuror Kamran Əliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Ağstafa rayon icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevə yeni vəzifə verib.

Bizim.Media-nın verdiyi xəbərə görə, R.Quliyev baş prokuror Kamran Əliyevin əmri ilə Quba rayon prokurorunun köməkçisi təyin edilib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olmuş Ramal Quliyev atasının həbsindən sonra, ötən ilin mayında öz ərizəsi ilə sabiq baş prokuror Zakir Qaralovun əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, Ağstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin