Bakının Nəsimi rayonunda oğurluq baş verib.
Bizim.Media xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində - Rövşən Cəfərov küçəsində yerləşən dükanda baş verib.
Belə ki, Fərid Rzayevə məxsus dükanın şüşəsi sındırılıb. Dükan sahibi hadisədən xəbər tutaraq əraziyə gəlib. Müvafiq olaraq ərazi üzrə 19-cu Polis Bölməsinə məlumat verilib.
Dükan sahibi bildirib ki, ona 2 min manatdan çox zərər dəyib.
Polis əməkdaşları tərəfindən ərazidə əməliyyat-axtarış aparılıb.
Müvafiq olaraq təhlükəsiz şəhər kamerasının görüntülərinə baxılıb. Məlum olub ki, oğuluğu edən yaxınlıqda yerləşən kafedən çıxan şəxs olub.
Həmin şəxsin axtarışlarına başlanılıb. (APA)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:23 / 13.07.2022
Bakıda telefon mağazasından oğurluq edildi
Hazırda oxunan: Bakıda telefon mağazasından oğurluq edildi
Hazırda oxunan: Bakıda telefon mağazasından oğurluq edildi
83460
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.