''Qarabağın dağıdılması bəşəriyyət əleyhinə cinayətdir'' - ICESCO-nun Baş direktoru

Hazırda oxunan: ''Qarabağın dağıdılması bəşəriyyət əleyhinə cinayətdir'' - ICESCO-nun Baş direktoru

8346

''Azərbaycan hər zaman bizim üçün prioritet olub və olmağa davam edəcək. Biz Qələbəni qeyd etdik, çünki bu, bizim bir parçamızdır, Sizin Qələbəniz ICESCO-nun qələbəsinin bir parçasıdır''.

Bizim.Media-nın məlumatına görə, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə səsləndirib.

Baş direktor bildirib ki, azad edilmiş ərazilərə səfər edib və əvvəllər heç vaxt görmədiyi bir faciənin şahidi olub.

''Tamamilə dağıdılmış, yerlə-yeksan edilmiş şəhər, bu, tamamilə qeyri-insani əməldir və heç bir ölçüyə sığmır. Bu, bəşəriyyət əleyhinə cinayətdir.

Lakin dünən yerli hakimiyyət rəhbərlərində və vətəndaşlarda yenidənqurma əzmi və istəyinin şahidi olduq. Mən nazirlə söhbətimdə dedim ki, sadəcə, hökumətin dəstəyi ilə həmin insanlar Qarabağı yenidən quracaq.

Biz dünən görüşdüyümüz hər kəsdə məhz bunu hiss etdik. Bu cür istəyi görmək bizi qürurlandırdı'',- deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin