İrina Şeyk Beyonsenin geyim kolleksiyasının siması oldu - FOTO/VİDEO

Hazırda oxunan: İrina Şeyk Beyonsenin geyim kolleksiyasının siması oldu - FOTO/VİDEO

83447

Dünya pop musiqisinin divası Beyonse altıncı "Ivy Park x adidas" iş birliyi olan "Ivytopia"nı təqdim edib.

Bizim.Media xəbər verir ki, kampaniyanın ulduzu rusiyalı supermodel İrina Şeyk olub.

İrina fotoda parlaq neon bikinidə və sıx mavi çimərlik geyimində cılğın və cazibədar pozlar verib.

Sözügedən markanın reklamında Adut Akeç, Coan Smolls, Harvi Nüton-Haydon və Alva Kler də yer alıb.

Kolleksiyaya çimərlik geyimləri ilə yanaşı, ənənəvi olaraq idman geyimləri və aksesuarları da daxildir. Məhsullar iyulun 21-də satışa çıxarılacaq.

"İnklüziv və gender-neytral kolleksiya"da XXXS-dən XXXXL-ə qədər ölçülərdə təqdim olunacaq geyimlərin, eləcə də əşyaların qiymətləri 30-200 dollar arasında dəyişəcək.

Bu sıraya futuristik görünüşlə yenidən işlənmiş ikonik "Adidas Stan Smith", rəng vurğuları olan "Savage" idman ayaqqabısının yeni versiyası və innovativ materiallara malik "Ultra Boost" modeli əlavə olunub.

Rəşad Əliyev, Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin