Türkiyə-Ermənistan sərhədlərinin açılmasına Azərbaycanın MÖVQEYİ – ŞƏRH

Hazırda oxunan: Türkiyə-Ermənistan sərhədlərinin açılmasına Azərbaycanın MÖVQEYİ – ŞƏRH

83362

Ermənistan Türkiyə ilə sərhədləri açmaqda maraqlıdır. Artıq bu ölkənin ali rəhbərliyində belə bir iradənin olduğu açıq şəkildə etiraf edilir. 

Analitiklərin fikrincə proses Türkiyə ilə Azərbaycanın Ermənistanla münasibətlərinin yaxşılaşması şəraitində mümkün ola bilər. 

Bəs, yaxın gələcəkdə Türkiyə-Ermənistan quru sərhədlərinin, eləcə də kommunikasiya xətlərinin açılması Azərbaycan üçün nə əhəmiyyət kəsb edir?

Siyasi ekspert Elman Vəliyev bildirir ki, gəlin əvvəlcə nəzər salaq görək, Türkiyə ilə Ermənistan sərhədləri niyə bağlanmışdı?  
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə-Ermənistan sərhədləri bu il açıla bilər – Tofiq Abbasovdan AÇIQLAMA


“Önəmli amillərdən biri Qarabağ münaqişəsi idi. Amma bu fakt sərhədlərin bağlanma səbəblərindən biridir. Digər önəmli səbəblərdən biri Ermənistan tərəfinin iddia etdiyi "erməni soyqırımı" insinuasiyasıdır. Digər amillərdən biri ermənilərin regionda və xarici siyasi arenada anti-türk təbliğatı aparmasıdır. Ermənistanın Türkiyədən üz döndərməsində xarici inspirasiyaların da rolu çox böyükdür. Həmçinin Ermənistan "öz ərazisindən" Türkiyəyə terrorçuların, qaçaqmalçıların, narkotik alverçilərinin gediş-gəlişi üçün şərait yaradırdı.

Sabiq prezident Abdullah Gül ilə sabiq prezident Sarkisyan arasında bir neçə dəfə görüş keçirilib. Lakin bunlar heç bir nəticə verməyib. Türkiyə tərəfi Ermənistandan həm Qarabağdan çıxmasın, həm də qondarma soyqırımını təbliğ etməmələrini bildirmişdi. Azərbaycan tərəfi də sərhədlərin açılmasının qatı əlehdarı idi”.

Ekspert qeyd edir ki, bu illər ərzində Avropa İttifaqı Azərbaycana bir neçə dəfə Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı təklif etsə də, Azərbaycan öz iradəsindən dönməyib və Qarabağ konfliktinin irəli sürdüyü şərtlər daxilində həllini tələb edib:  

“Türkiyə Ermənistanın Qarabağdan çıxması şərtində masaya oturmağa razı idi. Türkiyə tərəfi 2009-2010-ci illərdə Ermənistanla sərhədlərin açılması istiqamətində irəliləyiş əldə etsə də, Azərbaycanın etimadını itirməmək üçün məsələni gündəmdən düşürdü. İki tərəf arasındakı buzlar Azərbaycanın uğurlu Qarabağ əməliyyatından sonra əriməyə başladı. Bu hər 3 tərəf üçün faydalıdır. Paşinyan Türkiyə ilə, Azərbaycanla münasibətləri nizamlamaqdan danışsa da, hələ də cəbhədə atəşkəs pozulur.

Ermənistan tərəfi protokollara əməl etmir. Bunu biz "Qarabağ klanı”-na bağlaya bilərik. Qarabağda hal-hazırda mövcud olan separatçılar rəsmi İrəvana tam muti deyillər. Qarşı tərəf bu cür destruktiv mövqe nümayiş etdirməyə davam etsə, Azərbaycan tərəfinin yenidən hərb yoluna əl atacağını istisna etmək olmaz”.


Digər ekspertlərin də fikrincə, Türkiyənin Ermənistanla sərhədlərini açması regionda canlanma yarada və İrəvanı da kənar təsirlərdən qismən xilas etmiş olar bilər.

Çünki iqtisadi asılılıq şəraitində yaşayan Ermənistanın hər gün üçün çörək dərdi var. Eyni zamanda Türkiyənin daha böyük dövlət olduğunu nəzərə alsaq, sərhəd açılımları Ankaranın İrəvan üzərində diqtəsini də artırmış olacaq.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin