“Rusiyanın son addımı Azərbaycanın artan nüfuzuna xidmət edir” - Politoloqdan maraqlı AÇIQLAMA 

Hazırda oxunan: “Rusiyanın son addımı Azərbaycanın artan nüfuzuna xidmət edir” - Politoloqdan maraqlı AÇIQLAMA 

83266

Ötən həftə Böyük Britaniyanın baş naziri Boris Conson istefaya getdi.

Nəzərə alaq ki, İngiltərə Avropa ölkələri arasında Ukraynaya ən güclü dəstək göstərən ölkə idi. Ona görə də bəzi ekspertlər belə düşünür ki, ingilis cəmiyyəti rəsmi Londonun sonu bilinməyən müharibədə dolayısı ilə iştirakını istəmir.

Bu həm dövləti nüfuzdan salır, həm də ölkədə inflyasiyaya təkan verir.
 

MÖVZU İLƏ BAĞLI:

Britaniyada Consonun boş qalan vəzifəsi üçün 11 siyasətçi namizədliyini açıqladı


Consonun istefasından sonra iştahlanan rəsmi Moskva “Şimal axını”nı dayandırdı. Buna səbəb kimi qaz kəmərlərinə texniki baxışın keçirildiyini göstərdi. Qaz tədarükünün dayandırılması bu gündən başlayaraq iyulun 21-ə qədər davam edəcək.

Qeyd edək ki, “Şimal axını” Rusiyadan Avropaya yanacaq ixracının əsas marşrutudur.

Heç bir texniki qəza olmadığı halda Avropanın, xüsusən də Almaniyanın 10 günlüyünə qaz təhcizatının dayandırılması təbii ki, Rusiyanın növbəti təzyiq metodudur. Qərb sanksiyaları artırdıqca, Rusiya da adekvat addımlar atır.

Kremlin əlində olan əsas təzyiq metodu isə təbii ki, Avropaya qazın verilişini dayandırmaq və yaxud azaltmaqdır. Ona görə də texniki baxış adı ilə “Şimal axını”nı dayandırmağın sadəcə bir adı var - təzyiq.

Təsadüfi deyil ki, Rusiyanın addımı ilə eyni vaxtda Almaniya hökumətindən də növbəti bəyanat gəldi. Almaniyanın Xarici İşlər naziri Annalena Berbok bildirdi ki, Almaniya Ukraynaya müəyyən yardım vəd (!) etmək istəyir, lakin bunu edə bilmir, çünki bu, hərbi müdaxilə tələb edir.  
Nazir həmçinin qeyd edib ki, Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmayacağını açıq şəkildə söyləyə bilərəm. 
 
Görünən odur ki, Avropa Rusiya qarşısında çarəsiz qalıb. Bu vəziyyətdən çıxmaq və Rusiyanı çıxılmaz vəziyyətə salmaq üçün Avropa alternativ yollar axtarır. Alternativ variantlardan biri də Azərbaycan qazı və ölkəmiz üzərindən keçən tranzit dəhlizləridir. 
 
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Fikrət Sadıqov bildirdi ki, bu məsələyə geosiyasi proseslərin kontekstində baxmaq lazımdır:  
 
“Rusiya Ukrayna ilə müharibə edir. Və Ukraynanın xeyli hissəsini işğal edib. Eyni zamanda Rusiyanın Ukraynanı dəstəkləyən Qərb dövlətləri ilə də münasibətləri gərgindir. Ona görə də Rusiya əlindən gələni edir ki, Qərb ölkələri Ukraynaya dəstəyini dayandırsın.  
 
Üstəlik, Avropa ilin sonuna qədər Rusiya qazından asılılıqdan qurtulmaq istəyir. Bunu bilən Moskva da hadisələri qabaqlamağa çalışır, hadisələri öz xeyrinə dəyişmək istəyir. Ona görə də “Şimal axını”nın dayandırılması təsadüf yox, bir təzyiq vasitəsidir”. 
 Fikrət Sadıqov onu da bildirdi ki, bu vəziyyət Azərbaycanın lehinə işləyən faktordur:  
 
“Avropa digər mənbələrlə yanaşı, Azərbaycan qazından və tranzit imkanlarından daha çox istifadə etmək istəyir. Paradoksal görünsə də, Rusiyanın bu cür addımları Azərbaycanın artan nüfuzuna xidmət edir”. 
 
Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin