Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın Seysmik Monitorinq Milli Mərkəzi yayıb.
Bildirilib ki, yerli vaxtla 09:18-də və 09:48-də baş verən hər iki zəlzələ 3,1 bal gücündə olub.
Yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında olub.
***08.51
Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, zəlzələ yerli vaxtla 07:36-da baş verib. Yeraltı təkanların episentri Sameba kəndi yaxınlığında qeydə alınıb.
Dağıntı və tələfat barəsində məlumat yoxdur.
Bizim.Media