Penitensiar xidmətin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
							11:55 / 13.01.2021
							
						Ərinə plovun içində narkotik keçirmək istədi, saxlanıldı - FOTO
						
							
								Hazırda oxunan: Ərinə plovun içində narkotik keçirmək istədi, saxlanıldı - FOTO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Ərinə plovun içində narkotik keçirmək istədi, saxlanıldı - FOTO							
						8318
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































