Azərbaycanda məşhur "Bulaq" verilişinin müəlliflərindən biri, alim Ənvər Çingizoglu 60 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu informasiya sosial şəbəkədə yer alıb.
Bununla bağlı AzTV-nin əməkdaşı Ötərxan Eltac belə yazıb:
“Çağlayan bir bulaq idi, yorulmaq bilməzdi. Əsgər kimi gecəsi gündüzlə dəyişik düşürdü. Silahdaşı, yol yoldaşı, hətta qidası qələm, dəftər, kitab idi. Böyük-böyük tarixi əsərlərin müəllifi olaraq, Azərbaycan hərb tarixinin şərəfli səhifəsini toz qatlarından təmizləyib xalqa təqdim etmişdi. Hətta bir çox alimlər onun əsərlərinə istinad edirdi. O, duyğularını qafiyələndirməyi də bacarırdı. Hekayə, esse, satira, şeir, roman onun qələmində çiçəklənirdi. O yurd dəlisi, vətən aşiqi idi”.
Qeyd edək ki, Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Ə. Çingizoğlu 1962-ci ildə Cəbrayıl rayonunda anadan olub.
Bizim.Media
- A-
- A
- A+
Mədəniyyət
10:44 / 10.07.2022
"Bulaq" verilişinin müəlliflərindən biri vəfat etdi
Hazırda oxunan: "Bulaq" verilişinin müəlliflərindən biri vəfat etdi
Hazırda oxunan: "Bulaq" verilişinin müəlliflərindən biri vəfat etdi
83150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.