Müharibə vaxtı pensiyasını orduya verən nənə BAYRAM GÜNÜ UNUDULDU

Hazırda oxunan: Müharibə vaxtı pensiyasını orduya verən nənə BAYRAM GÜNÜ UNUDULDU

83097

Bu gün Mingəçevir Şəhər İcra Hakimiyyəti və bələdiyyənin təşkilatçılığı  ilə qurbanlar kəsilərək 800 dən çox müxtəlif kateqoriyalı ailəyə, o cümlədən 60 dan çox imkansız ailəyə bayram sovqatı paylanıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kasıb və kimsəsiz ailələr içində 88 yaşlı şəhər sakini Gülavər Aslanovanın adı yer almayıb.

Ailəsi və övladı olmayan Gülavər Aslanova Vətən müharibəsində könüllü şəkildə bir aylıq təqaüdünü Orduya Yardım Fonduna köçürməklə hər kəsin sevgisini qazanmışdı.

O, Bizim.Media-nın yerli bürosuna bildirib ki, bayram münasibətilə qapısını açan olmayıb:

"Gəlməyiblər, canları sağ olsun. Heç olmasa paytaxtdakı Zərifə Əliyeva adına Oftomologiya Mərkəzində gözlərimin müayinəsi üçün yardımçı olsunlar. Xahiş eləmədiyim qurum yoxdu, hamısı deyir ki, onlarlıq deyil".

Ehtiram Muradov, Bizim.Media - Mərkəzi Aran Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin